Masallıda evdə yanğın olub
19 sentyabr 2016 09:47 (UTC +04:00)

Masallıda evdə yanğın olub

0

 

Masallı rayonu, Qasımlı kəndində evlərdən birində yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, 2-ci mərtəbədə mətbəxin yanar konstruksiyaları və ev əşyaları 24 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Məlumatda bildirilir ki, yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar