Masallıda ev yandı, körpə uşaq yanaraq öldü
13 avqust 2015 07:58 (UTC +04:00)

Masallıda ev yandı, körpə uşaq yanaraq öldü

0

Masallıda yaşayış evində ölümlə nəticələnən yanğın olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu, Yolağac kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın zamanı ev sahibinin oglu, 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar