Masallıda 5 otaqlı ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qızılavar kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli, 5 otaqlı kürslü evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 120 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.