Masallıda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 20-də səhər saatlarında rayonun Bambaşı kənd sakini, 1961-ci il təvəllüdlü Miryaqub Mirheydər oğlu Abdullayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə dərhal FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və 2 yanğınsöndürən maşını cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alov dalğasının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli, 3 otaqlı evin ikinci mərtəbəsində mətbəxin döşəməsi, tavanı 16 kv.m və dəhlizin tavanı 25 kv.m sahədə yanaraq yarasız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.