Masallıda 11 yaşlı qızı avtomobil vurdu
01 sentyabr 2014 21:16 (UTC +04:00)

Masallıda 11 yaşlı qızı avtomobil vurdu

0

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 1-də günorta saatlarında Masallı-Yardımlı şose yolunun rayonun Qəriblər kəndindən keçən hissəsində qeydə alınıb.

 

Masallı şəhər sakini, 1991-ci il təvəllüdlü Natiq Ədalət oğlu Ağayevin idarə etdiyi “Hyundai” markalı, minik avtomobili yolu keçmək istəyən piyada,  Cəlilabad rayonunun Böyük Bəcrivan kənd sakini, 2003-cü il təvəllüdlü Aytən Nadir qızı Nəbiyevanı vurub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Nəbiyeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib, amma vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1080

Oxşar yazılar