Masallı rəsmisi evlərdəki çatlarla bağlı şərh verdi
26 may 2017 00:27 (UTC +04:00)

Masallı rəsmisi evlərdəki çatlarla bağlı şərh verdi

0

Masallıda bəzi evlərdə baş verən çatlarla bağlı rayon rəsmisi münasibət bildirib.

 

Rayon icra hakimiyyətinin başçısının müavini Nəsir Muxdarlı  APA-nın cənub bürosuna bildirib ki, qeyd olunan kəndlərdə yaşayış evlərindəki çatlar çökmədən deyil, fiziki köhnəlmədən əmələ gəlib: “Bu cür halların  bir neçə evdə müşahidə olunması şübhə yaratdığından, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Amma burada çökmənin baş verməsi hələ ki təsdiqlənməyib. Bunun səbəbi torpaq qatlarından götürülən nümunələr tədqiq edildikdən sonra məlum olacaq”.

 

Onun sözlərinə görə, bələdiyyə sədri şişirdilmiş rəqəmlər verib: “Rayon icra hakimiyyətinə yalnız bir neçə evlə bağlı müraciət daxil olub”.

 

Qeyd edək ki, bundan əvvəl Masallı rayonunun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində bəzi evlərdə çökmə baş verdiyi, divarlarda iri çatlar yarandığı bildirilmişdi.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar