Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) sabiq prezidenti Rafael Martinettinin oğluna da qapı göstərilib. Lent.az-ın məlumatına görə, David Martinetti Avropa Güləş Federasiyaları Assosiasiyasının (CELA) Büro üzvlüyündən kənarlaşdırılıb.
Bu haqda qərar CELA-nın Gürcüstanın paytaxtı Tiflisdə keçirilmiş Baş Assambleyasında verilib. Oğul Martinetti litvalı Andrey Qriboyedovla birgə qurumu tərk edib. Baş Assambleyada keçirilmiş seçki nəticəsində bolqarıstanlı Tseno Tsenov yenidən CELA-nın prezidenti seçilib. O, quruma 2016-cı ilədək rəhbərlik edəcək.
Qeyd edək ki, Rafael Martinetti 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmağa təklif olunan 25 növ arasında güləşin yer almamasından sonra FİLA-nın Büro iclasında istefaya göndərilib.