Marşrut avtobusun dispetçeri barəsində cinayət işi başlandı
23 aprel 2019 14:02 (UTC +04:00)

Marşrut avtobusun dispetçeri barəsində cinayət işi başlandı

Bakıda fəaliyyət göstərən 168 nömrəli marşrut avtobusunun dispetçeri Asif Babayev barəsində cinayət işi başlanıb.
 
ONA-nın xəbərinə görə, A.Babayevə qarşı Cinayət Məcəlləsinin 265-1.2 (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinin materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
 
Qeyd edək ki, ötən ilin martın 18-də Sabunçu rayonu, Maştağa qəsəbəsində 168 saylı marşrut avtobusu ilə piyada, 1971-ci il təvəllüdlü Ağaverdiyeva Mehriban Nadir qızını vurub. O, hadisə yerinə vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar