Marketdən oğurluq edən şəxs: "Məni şeytan aldatdı..."
26 fevral 2016 00:46 (UTC +04:00)

Marketdən oğurluq edən şəxs: "Məni şeytan aldatdı..."

0

Göygölün Çaykəndi ərazisində Ərəstun Əhmədova məxsus marketdən  oğurluq olub. APA TV-nin məlumatına görə, naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq içəri daxil olub və oradan ərzaq və tütün məmulatları, müxtəlif mobil operatorlara məxsus danışıq kartları və spirtli içkiləri oğurlayıblar. Səhər hadisədən ilk xəbər tutan isə, mağaza sahibinin oğlu olub.

Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinin rəisi Elşən Quliyevin sözlərinə görə, keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxs müəyyənləşdirilib. Məlum olub ki, bu, əslən Kəlbəcər rayonundan olan və hazırda Çaykənddə yaşayan 26 yaşlı Qüdrət Salahovdur: "Göygöl rayonunun Çaykənd kəndində yaşayan Əhmədov Ərəstun Rüstəm oğluna məxsus ərzaq malları mağazasından Göygöl rayonunun Çaykəndində yaşayan Salahov Qüdrət Orduxan oğlu oğurluq edib. Buna görə də o tərəfimizdən saxlanaraq Göygöl rayon polis şöbəsinin istintaq qrupuna təqdim olunub. Onun digər cinayətlərdə iştirakının olub-olmaması istintaq əməliyyat yolu ilə araşdırılır".

 

Saxlanılan Qüdrət Salahov oğurluq etdiyini boynuna alıb. İlkin ifadəsi zamanı o bildirib ki, marketə alış-veriş məqsədi ilə gəlib. Amma marketin tez bağlandığını görərək əsəbiləşib və istədiklərini oğurluq yolu ilə ələ keçirmək qərarına gəlib: "Getdim evə bazarlığa etməyə. Mağaza bağlı olanda evə əliboş qayıtmaq istəmədim. Şeytan aldatdı oğurluq etmək qərarına gəldim".

 

Qüdrət Salahovun  öz əməlinə bu cür haqq qazandırmaq cəhdi polisi inandırmayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar dava etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar