İyunun 27-də rayon ərazisindəki fermaların birindən 5 baş qoyun və 100 kiloqram arpa oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbər görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yuxarı Ləki kənd sakini F.Abdullayev istintaqa cəlb edilib.