Mal-qara oğurluğunda şübhəli bilinənlər tutulub - YENİLƏNİB
31 oktyabr 2013 11:30 (UTC +04:00)

Mal-qara oğurluğunda şübhəli bilinənlər tutulub - YENİLƏNİB

Ağsu sakinləri rayon polis şöbəsinə müraciət edərək onlara məxsus iri və xırdabuynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər. Ağsu rayon Polis Şöbəsinin rəis müavini Mehman Məmmədov APA-ya bildirib ki, oğurluq faktı ilə bağlı istintaq qrupu dərhal əməliyyata başlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonundakı heyvan bazarında Ağsu rayonundan oğurlanan mal-qaranı satan cinayətkar qrupun 3 üzvü yaxalanıb.

 

Şübhəli şəxs qismində saxlanılan Ağdam rayonundan olan və Qəbələ rayonunda müvəqqəti məskunlaşan Sarıyev Nofəl Asəf oglu və Qəbələ rayonunun Bum qəsəbə sakinləri-Soltanov Şəhriyar Məlikmürşüd oğlu və Rəşidov Murad Müsənnif oğlu istintaqa təhvil verilib.

 

Oğurlanmış mal-qaranın bir hissəsi zərərçəkmişlərə qaytarılıb. Cinayət əməlini törədən dəstə üzvləri tutduqları əməldən peşiman olduqlarını etiraf edib. Bu və ya digər şəxslərin həmin cinayət hadisəsində iştirakının araşdırılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3  maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161
avatar

Oxşar yazılar