Bakıda mağazadan oğurluq edən 2 nəfər tutulub.
Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-ə keçən gecə M.Muxtarov küçəsində Bakı şəhər sakini Gülşən Zərbəliyevaya məxsus mağazadan, qapını sındırmaqla pul və tütün məmulatları oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşdirilib. Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Pərviz Ağazadə və Zəngilan rayon sakini, 1990-cı il təvəllüdlü Qurban Əliyev tutularaq istintaqa təhvil verilib.