Bu gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində oğurluğa cəhd edilib. DİN Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ə.Rəcəbli küçəsində mühafizə olunan “Alfa-Term” elektrotexnika mağazasında
tikintidə istifadə olunana sarğı materialları oğurlanıb. Bunu görən mağaza işçiləri dərhal həyəcan düyməsindən istifadə edib və mərkəzi pulta həyəcan siqnalı daxil olub. Ərazidə xidmət aparan xüsusi tutucu qrupa məlumat ötürülüb və Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Musayev Çingiz Xasay oğlunu saxlayıblar. Şübhəli şəxs ərazi üzrə Nərimanov rayonu 17-ci polis bölməsinə təhvil verilib.
17-ci polis bölməsində araşdırma aparılır.