Mağazadan külli miqdarda pul oğurlandı
Ağcabədi rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Lent..az-a bildirilib ki, rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Məlumata görə, mağaza sahibi seyfdən 1856 manat pulun oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini D.Abışov saxlanılıb.
Mehman Nəbiyev
517