Bakıda mağazadan xeyli pul oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 3-də Bakı şəhər sakini Nicat Əzimova məxsus mağazadan 3000 manat və 500 ABŞ dolları pulun Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Seydi Səlimov tərəfindən oğurlanması müəyyən edilib.
Araşdırma aparılır.