Lukaşenkonun korteji qəzaya düşdü: yaralananlar var
16 iyul 2015 05:05 (UTC +04:00)

Lukaşenkonun korteji qəzaya düşdü: yaralananlar var

0
Belarus prezidenti Aleksandr Lukaşenkonun korteji Orşa-Moqilyov magistral yolunda qəza uğrayıb. APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 7-də yerli vaxtla 21.00 radələrində, Aleksandr Lukaşenko Aleksandriya şəhərindən Minskə dönərkən baş verib.  

 

“BMW” markalı avtomobil prezident kortejinin tərkibindəki “Mercedes” markalı  mikroavtobusa çırpılıb. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb, avtomobildə olan sərnişinlər ciddi xəsarət alıblar”, deyə sosial şəbəkələrdə hadisənin şahidləri paylaşıb.

 

Məlumata görə, Aleksandr Lukaşenkonun özü qəzaya uğrayan avtomobildə olmayıb.  Avtomobildə mühafizə xidmətinin əməkdaşlarının olduğu bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

 

“BMW”-nin sürücüsü barəsində artıq cinayət işi başlanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar