Liftin şaxtasına yıxılan uşaq sağ qaldı
22 iyul 2013 14:34 (UTC +04:00)

Liftin şaxtasına yıxılan uşaq sağ qaldı

Bakıda liftin şaxtasına yıxılan azyaşlı uşaq sağ qalıb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 20-də qeydə alınıb.


 

Rayon sakini Aysel Məhərrəmovanın evinə qonaq gələn bacısı oğlu, İmişli rayon sakini, azyaşlı Osman Abbasov binanın 4-cü mərtəbəsindən liftin şaxtasına yıxılıb. O. Abbasov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar