Bakının Binəqədi rayonunda yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıb. Əməliyyat saat 01:22-də başa çatıb.