Lerikə dolu düşdü
15 may 2017 21:18 (UTC +04:00)

Lerikə dolu düşdü

0

Güclü yağış və dolu Lerikdə fəsadlar törədib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, dolu əsasən Lerikin yüksək dağlıq ərazilərində müşahidə olunub. Qısa müddətli yağan dolunun diametri 2-3 sm olduğu bildirilir.

 

Bununla yanaşı Lerikin mərkəzinə də dolu düşüb. Nəticədə kənd və rayon ətrafı ərazilərdə meyvə-tərəvəz ağaclarına ciddi ziyan dəyib. Güclü ildırım çaxması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rayon rəsmiləri daha böyük fəsadların qarşısını almaq məqsədi ilə enerjinin verilişində məcburi fasilələrə yol verildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar