Lerikdə qadın bıçaqlandı  - <span style="color:red;">YENİLƏNİB
30 iyun 2017 21:28 (UTC +04:00)

Lerikdə qadın bıçaqlandı - YENİLƏNİB

0

Lerikdə baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisəni Lerikin Bibiyan kənd sakini, zərərçəkən Ülviyyə Nəhmətovanın xalası oğlu Ramin adlı şəxs ailə münaqişəsi zəminində törədib.

 

İnsident zamanı həmçinin Ü.Nəhmətovanın atası, 1968-ci il təvəllüdlü Bahadur Bəqi oğlu Nəhmətov yüngül xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

***

 

Lerik rayonunda bıçaqlanma faktı qeydə alınıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hamarmeşə kəndində baş verib.

 

Kənd sakini, Nəhmətova Ülviyyə bıçaq xəsarətləri alıb. Onun Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi bildirilir.

 

Hadisənin təfərrüatları müəyyənləşdirilir.  Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar