Azərbaycanda keçirilən seçkiləri yaxından izləyirdim. Görünən o oldu ki, Azərbaycan demokratik seçki nümayiş etdirdi”. Birləşmiş Ukrayna azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, Lent.az-a verilən məlumata görə, bu barədə Ukraynanın ilk prezidenti, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıcılarından olan Leonid Makaroviç Kravçuk BUAK sədri Rövşən Tağıyev və Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Firudin Məmmədovla görüşü zamanı bildirib.
Azərbaycanda ictimai-siyasi hadisələri daim diqqətlə izlədiyini deyən L. Kravçuk qeyd edib ki, İlham Əliyevin apardığı bacarıqlı, sivil siyasətin nəticəsində Azərbaycan kifayət qədər diqqət cəlb edən nailiyyətlər əldə edib: “Təbii ki, məhz belə siyasətçi, belə rəhbər çox tez bir zamanda xalqın liderinə çevrilə bilər. Mən şübhə etmirəm ki, Azərbaycan xalqı İlham Əliyevi lider kimi tanıyır və inanır”.
Görüş zamanı R. Tağıyev və F. Məmmədov da son illər Azərbaycanda gedən inkişafdan, əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun İlham Əliyev tərəfindən uğurla davam etməsindən danışaraq diasporun gördüyü son işlər barədə L. Kravçuku məlumatlandırıblar.