Azərbaycanda iki evdə yanğın baş verib.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Qumbaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m2, 2-ci mərtəbəsində 1 otağın və aynabəndin yanar konstruksiyaları və ev əşyaları 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daha bir yanğın Salyan rayonu, Marışlı kəndində baş verib. Hadisə zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan tövlənin tavanının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.