Lənkəranda qətl törədən şəxs Bakıda tutuldu
25 iyun 2017 21:42 (UTC +04:00)

Lənkəranda qətl törədən şəxs Bakıda tutuldu

Lənkəranda evə basqın edərək ananın ölümünə, qızının isə ağır xəsarət almasına səbəb olan şəxs saxlanılıb.

 

APA-nın  cənub bürosunun verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni tördən şəxs  Buzovna sakini  Əkbərov Əziz Zeydulla oğludur. Keçirilmiş əməliyyat zamanı o, paytaxt Bakının Buzovna qəsəbəsində saxlanılıb.

 

İyunun 21-əə keçən gecə cinayətkar Lənkəran rayonu Liman şəhərində evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızı və onun qızı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına bıçaq xəsarətləri yetirib. Nəticədə 63 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar