[b]Lənkəranda kişini qatar vurub öldürdü[/b] - YENİLƏNİB
21 sentyabr 2017 23:54 (UTC +04:00)

[b]Lənkəranda kişini qatar vurub öldürdü[/b] - YENİLƏNİB

Lənkəranda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, o, Lənkəran şəhər sakini 1995-ci il təvəllüdlü Tural Rıza oğlu Hüseynlidir. Məlumata görə, T.Hüseynli dəmir yol xəttini keçmək istəyərkən qulaqcıqdan istifadə edib. Hadisə zamanı Astara-Bakı marşrutu üzrə hərəkət edən qatar bir saatdan çox saxlanılıb. Hər iki maşinist müayinədən keçirilib.

 

Fakt araşdırılır.

 

**** 22.02

 

Lənkəranda dəmir yol xəttini keçmək isdəyən kişini qatar vurub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranda sahil parkında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub.

 

Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar