Kütləvi zəhərlənmənin səbəbi bəlli oldu - <span style="color:red;">VİDEO - FOTO  - <span style="color:red;">YENİLƏNİB
06 sentyabr 2016 12:25 (UTC +04:00)

Kütləvi zəhərlənmənin səbəbi bəlli oldu - VİDEO - FOTO - YENİLƏNİB

0

 

 

 

Lənkəranda kütləvi zəhərlənmə hadisəsi baş verib. Belə ki, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər daxil olub. Zəhərlənmənin içməli sudan  baş verdiyi ehtimal olunur.

 

 

 

Lent.az Region TV-yə istinadən xəbər verir ki, Lənkəranın dağ kəndi olan Daşdatükdə əhali arasında, xüsusən də uşaqlarda  son üç gün ərzində halsızlıq, ürəkbulanma və qusma halları müşahidə olunub.  Zəhərləndikləri ehtimal edilən xəstələrin ev şəraitində müalicəsi mümkün olmadığından onlar xəstəxanaya gətiriliblər. İnsanlar bunun hansı səbəbdən baş verdiyini bilmədikləri deyirlər.

 

 

 

Nəcibə Muradova - kənd sakini: “Axşam oğlum dedi ki, mənə soyuqdur. Yorğanla üstünü örtdük. Artıq qızdırma onu tutmuşdu. Mən iki ədəd qızdırmaya qarşı dərman verdim. Sonra nəvəm həkimə zəng etdi, o da dedi ki, heç nə verməyin xəstəyə, gətirin onu xəstəxanaya”.

 

 

 

Aralarında iki nəfərin böyük olduğu xəstələrin əksəriyyəti 3-12 yaş arası uşaqlardır. Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin bir qrub nümayəndəsi Lənkərana ezam olunub.

 

 

 

İmran Abdullayev - Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri: “Hal-hazırda bu xəstələrə tibbi xidmət göstərilir. Eyni zamanda bütün xəstələrdən sanitariya və laboratoriya müayinəsi üçün nümunələr götürülmüşdür”.

 

 

 

Zəhərlənmənin kənd ərazisindəki içməli su mənbəyinin başqa bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. Bu məqsədlə həmin su mənbəyindən nümunələr götürülərək Bakıya göndərilib.

 

 

 

Əmirəli Şirvanov - kənd sakini: “Bizə su turba ilə gəlir. Hamımız bu sudan içirik. Ancaq uşaqlar zəhərlənib.”

 

 

 

Qeydə alınmış zəhərlənmə faktı barədə yekun rəy laboratoriya müayinəsinin cavabından sonra məlum olacaq. Lənkəran Rayon Mərkəzi Xəstəxanasından onu da bildirdilər ki, xəstələrə zəruri tibbi yardımlar göstərilib və əksəriyyətinn vəziyyəti yaxşılaşıb.

 

 

00:55

 

Lənkəranda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun ucqar yaşayış məntəqələrindən olan Daştatük kəndində baş verib.

 

Sentyabrın 5-də sözü gedən kənddən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər  müraciət edib. Onların  əksəriyyəti uşaqlardan ibarət olub. İlkin müayinələrdən sonra zəhərlənmə hadisəsinin kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. Bu  məqsədlə həmin su mənbəyindən nümunələr götürülərək Bakıya göndərilib. Qeydə alınmış zəhərlənmə faktı barədə yekun rəy laboratoriya müayinəsinin cavabından sonra məlum olacaq.

 

Lənkəran MRX-dan APA-nın yerli bürosuna verilən məlumatda bütün xəstələrə zəruri tibbi yardımların göstərildiyi, onların əksər hissəsinin vəziyyətinin yaxşılaşdığı bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar