Lənkəranda bıçaqlanma
26 may 2016 23:00 (UTC +04:00)

Lənkəranda bıçaqlanma

0

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 26-da axşam saatlarında rayonun Velədi kəndi ərazisində qeydə alınıb. Kənd sakini,  56 yaşlı Şəmsəddin Əli oğlu Məmmədov həmkəndlisi “Maçan” ləqəbli şəxs tərəfindən bıçaqlanıb.

 

Qarın və boyun nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Ş.Məmmədova müvafiq tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Hadisəni törətmiş şəxsin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar