Lənkəranda avtomobil su kanalına düşdü: 4 yaralı
19 fevral 2016 21:57 (UTC +04:00)

Lənkəranda avtomobil su kanalına düşdü: 4 yaralı

0

Lənkəranda minik avtomobili su kanalına düşüb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə 21 radələrində Lənkəran- Boradigah şosesinin Gil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Digah kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Əkrəm oğlu Heydərovun idarə etdiyi “VAZ-21015” markalı, 44 BB 482 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.

 

Nəticədə sürücü və daha üç nəfər, Lənkəran sakinləri, 1996-ci il təvəllüdlü İbrahim Yusif oğlu Abdullazadə, 1991-ci il təvəllüdlü Arif Rasif oğlu Muradov və  1994-cü il təvəllüdlü İlkin Azər oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlarln vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qəzanın avtomobilin sürüşkən yolda sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar