Lənkəranda ağır avtoqəza: 2 qardaş yaralandı - YENİLƏNİB - SÖHBƏT
30 iyun 2017 00:49 (UTC +04:00)

Lənkəranda ağır avtoqəza: 2 qardaş yaralandı - YENİLƏNİB - SÖHBƏT

0

Lənkəranda avtoqəza nəticəsində yol kənarında dayanan iki qardaş ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beləki,”Mercedes” markalı 10 MV 307 ,”VAZ 21-06” markalı 10  QZ 165,” və VAZ 21011” markalı 42 BV 161 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə yolun kənarında dayanan taksi fəaliyyəti ilə məşğul olan iki qardaş 1988-ci il təvəllüdlü Vusal və 1990-cı il təvəllüdlü Marif Arif oğlu Tahirovlar ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hər iki qardaş əməliyyata götürülüb, onların vəziyyətinin ağır olduğu deyilir.

 

 

 

**** 22.45

 

Lənkəranda ciddi avtoqəza nəticəsində 2 nəfər ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomaşının toqquşması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına iki nəfər 30-35 yaşlı kişi  ağır vəziyyətdə daxil olub. Onlar travma şöbəsinə yerləşdirilib. Vəziyyətlərinin ağır olduğu deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar