Lənkəranda “VAZ”-la “Ford” toqquşdu: 2 ölü, 1 yaralı
23 iyul 2016 07:54 (UTC +04:00)

Lənkəranda “VAZ”-la “Ford” toqquşdu: 2 ölü, 1 yaralı

0

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralında qeydə alınıb.

 

Rusiya Federasiyasına məxsus VAZ-21099  markalı minik avtomobili ""Ford" markalı avtomobillə toqquşub. Güclü zərbədən "VAZ -21099"-un sürücüsü, rayonun Xanbulan kənd sakini,  1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və sərnişini olan həmkəndlisi, 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

 

Minik avtomobilinin digər sərnişini, rayonun Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar