Nənə körpə Mələyin ölümünü cinlərin üstünə atmaq istəyirmiş - QORXUNC İFADƏ - <span style="color:red;">YENİLƏNİB
03 avqust 2017 16:27 (UTC +04:00)

Nənə körpə Mələyin ölümünü cinlərin üstünə atmaq istəyirmiş - QORXUNC İFADƏ - YENİLƏNİB

Lənkəranda 6 günlük nəvəsini öldürdüyünə görə saxlanılan Atifə Nurullayevanın istintaqa verdiyi ifadə məlum olub. Lent.az Report-a istinadən xəbər verir ki, hadisədən bir neçə saat əvvəl qadınlar altıaxşamı (ritual: ad qoyma) mərasimi keçirirmişlər.

Bu mərasimə görə yeni doğulan körpənin ətrafına bıçaq, iynə, sancaq düzülür. İnanclara görə, bu, ondan ötrü edilir ki, cinlər körpəyə yaxın gəlməsin. Bundan başqa, həmin gecə "körpənin cindən qorunması üçün" onun yanında böyük adam da qalır. Həmin gecə 6 günlük Mələk Nurullayevanın yanında anası və nənəsi qalıb. Sübh tezdən ana körpəni yedizdirib beşiyinə qoyub. Hadisə də bundan sonra, təxminən səhər saat 4-6 arasında baş verib. Nənə A.Nurullayeva iynələri və sancaqları körpə qızın bədəninə sancıb. Dediyinə görə, o, bu hərəkəti cinlərin üstünə ata biləcəyini düşünüb.

"Mən ikinci qız istəmirdim, oğlumun oğlu olmasını istəyirdim. Düşündüm ki, hamı körpənin cinlər tərəfindən öldürüldüyünə inanacaq. Sonra bu fikrimdən daşındım. Fikirləşdim ki, birdən inanmazlar. Ona görə də körpəni götürüb su quyusuna atdım", - A.Nurullayeva istintaqa ifadəsində bildirib.

Qeyd edək ki, hadisə ilə bağlı DİN iyulun 31-də rəsmi məlumat yayıb. Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan körpə qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

*****

 

15:27

 

Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürülərək quyuya atıldığı məlum olub. Lent.az  Report-a istinadən xəbər verir ki, körpənin nənəsi Atifə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.

A.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətin səbəbini də açıqlayıb. Bildirib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan nəvəsi istəyib. "Buna görə də qızı öldürdüm", - A.Nurullayeva ifadəsində bildirib.

A.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.

Qeyd edək ki, hadisə ilə bağlı DİN də rəsmi məlumat yayıb. Rəsmi  məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

 

*****

 

1 iyun

 

Lənkəranda 6 günlük körpənin quyuya atılaraq öldürülməsi ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsindən Lent.az-a bildirilib ki, iyulun 29-da Darquba kəndində altı günlük Nurullayeva Mələk Şaiq qızının meyitinin evin həyətindəki quyudan tapılmasından sonra müvafiq ekspertizalar təyin edilib və körpənin bədəninin müxtəlif orqanlarından nümunələr götürülüb. Meyitin vizual müayinəsi zamanı bədənin bəzi nahiyələrində xırda qızartılar aşkarlanıb. Daha sonra isə körpənin döş qəfəsi boşluğunda 2 məişət iynəsi aşkarlanıb.

 

Şöbədən bildirilib ki, körpənin konkret hansı səbəbdən öldüyünü demək hələlik mümkün deyil. Ekspertiza rəyi açıqlanandan sonra Mələyin onun bədəninə batırılan iynənin təsiri ilə, yaxud daha əvvəl və ya quyuya atılandan sonra vəfat etməsi tam qətiləşəcək.

 

Həmçinin qeyd edilib ki, körpənin cəsədi iyulun 30-da ailəsinə təhvil verilib və o dəfn edilib.

 

Ölüm faktı ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar olaraq artıq körpənin ata-anası prokurorluğa dəvət edilib və onların ifadələri alınıb. Hələlik faktla bağlı saxlanılan yoxdur.

 

Qeyd edək ki, ilkin məlumatda körpənin anası övladının səhər saatlarında oğurlandığını bildirib. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Daha sonra körpənin cəsədi həyətdəki quyuda aşkar edilib.

 

M.Nurullayeva ailənin ikinci qız övladı olub.

# 98
avatar

Nizam Rza

Oxşar yazılar