Lənkəranda 5 otaqlı fərdi ev yandı
20 dekabr 2014 23:28 (UTC +04:00)

Lənkəranda 5 otaqlı fərdi ev yandı

0

Lənkəranda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 20-də  saat 19.00 radələrində rayonun Girdəni kənd sakini, 1976-cı il təvəllüdlü Eldəniz Gülağa oğlu Babayevə məxsus ikimərtəbəli, 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.  Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və 10 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Onların operativ müdaxiləsi  sayəsində yanğının əhatə dairəsinin genişlənməsinin və  qonşu tikililərə keçməsinin qarşısı alınıb.  Yanğın zamanı ümumi sahəsi 360 kvadrat metr olan evin 1 otağı və tavanı 20 kvadrat metr sahədə yanaraq  yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar