Lənkəran rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ürgə kənd sakini 1979-cu il təvəllüdlü Həsənov Qədir Həsənağa oğlu özünü yaşadığı evdə asıb. 34 yaşlı kişinin intihar səbəbi hələlik məlum deyil.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb