Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndinə yaxın ərazisində bir şəxs çimərkən batıb. APA-nın cənub bürosunun məlumatına görə, onun Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Əli İltifat oğlu Əzimov olduğu bildirilir.
Qeyd edək ki, Ə.Əzimov bu gün axşam saatlarında çimərkən batıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Hazırda batmış şəxsin cəsədinin tapılması istiqamətində axtarş-xilasetmə tədbirləri davam etdirilir.