Dünən İsrailin «Makkabi» futbol komandasına dünənki 8-0-lıq biabırçı məğlubiyyətlə heç cür barışa bilməyən “Xəzər Lənkəran”azarkeşləri iyulun 26-da 20:00-da "Fırtınalar Meydanı" adlandırdıqları Lənkəran Şəhər Mərkəzi Stadionunda rəhbərliyi istefaya çağırmağı planlaşdırırdılar.
Lent.az-ın «musavat.com»-a istinadən məlumatına görə, azarkeşlər stadionun yaxınlığındakı körpüdə polis zorakılığına məruz qalıblar. Lənkəranlı fanatların bəzilərinin saxlanıldığı deyilir. Onların arasında futbolpress saytının əməkdaşı Elvin Cəbiyev də var.
Artıq saxlanılanlar sərbəst buraxılıb.
Qeyd edək ki, bu gün xəzərli fanatlar sosial şəbəkələrdə bəyanat yayıblar. Bəyanat aşağıdakı mətndən ibarətdir:
“Lənkəranda yaşayan camaat gəlin hamımız bu Lənkəran adını daşıyan, amma Lənkəranı biabır etməkdə olan rəhbərliyi istefaya çağıraq! Bu gün axşam saat 8-də hər kəs Lənkəran şəhər stadionu önünə gəlsin! Hamımız bir nəfər kimi rəhbərliyi istefaya səsləyək! Nə polisdən qorxun, nə də mühafizədən! Bu gün etməsək nə vaxt edəcəyik?! Komandamız batır! Hər kəs gəlsin!! Axşam saat 8-də” Fırtınalar Meydanı”nın önündə olun! Biz bunu bacaracayıq İnşallah!!!”