“Tüklə kəndi ərazisindəki elektrik yarımstansiyasında baş verən yanğınla əlaqədar Lənkəran və Masallıda yaranan işıq problemi artıq həll edilib”.
Bu barədə Lent.az-a “Azerişıq” ASC-nin metbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayev bildirib ki, baş verən yanğınla bağlı Lənkəran və Masallı rayonlarının 20-ə yaxın yaşayış məntəqəsində cəmi yarım saat işıqsızlıq problemi yaşanıb: “ Dərhal elektrik enerjisinin nəqli istiqamətində müvafiq tədbirlər görülüb”.
Xatırladaq ki, dünən saat 16.30 radələrində rayonun Tüklə kəndi ərazisindəki elektrik yarımstansiyasında yanğın qeydə alınıb. Yanğını lokallaşdırmaq mümkün olub. Yarımstansiyadakı transformator yararsız vəziyyətə düşdüyündən Lənkəran və Masallı rayonlarının ümumilikdə 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.