Kütləvi davada 1 nəfər bıçaqlanıb
16 aprel 2015 10:59 (UTC +04:00)

Kütləvi davada 1 nəfər bıçaqlanıb

0

Gədəbəydə kütləvi dava-dalaş olub. Lent.az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, ötən gün Gədəbəy rayonunun Qaradağ kəndində kütləvi dava zamanı Zəhmət kənd sakini 25 yaşlı Nurlan Aslanov bıçaqlanıb. Dərhal Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralıya ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti ağır olduğundan Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Əməliyyat olunan yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

 

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hələlik kütləvi davanın iştirakçıları və Aslanovun kim tərəfindən bıçaqlandığı məlum deyil. Polis bu istiqamətdə araşdırmalarını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar