Gəncədə ailə münaqişəsi zəmində kürəkən qayınananı bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə ötən gecə, şəhərin 4-cü mikrorayonunda baş verib. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Məsimalıyev Urfan Mobil oğlu şəxsi münasibətlər zəminində qayınanası 1962-ci il təvəllüdlü Paşayeva Mehriban Rəhim qızını bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən 15 bıçaq zərbəsi alan M. Paşayeva dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Hadisəni törədən U. Məsimalıyev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.