Ağcabədi rayonunda kürəkən öz qayınanasını bıçaqlayıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə zərərçəkənin nəvəsinin ad günü mərasimində baş verib. Zərərçəkənin sözlərinə görə, vaxtilə götürüb qaçdığı qızı 5 aydan sonra nikahları olsa da, xanımından ayrılan kürəkən övladları dünyaya gələndən sonra həyat yoldaşı ilə münaqişəli münasibətdə olub. Sonuncu dəfə qayınanasının evinə gəlib həyat yoldaşı və qaynını döymək istəyən kürəkən Ağdam rayon sakini Elnur Səmədov qayınanası Tofiqə Məmmədovaya 4 bıçaq zərbəsi endirib.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi başlanıb.