Kürdəmirdə maşın aşdı, sürücü yaralandı
17 avqust 2015 23:58 (UTC +04:00)

Kürdəmirdə maşın aşdı, sürücü yaralandı

0

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA – nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı – Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

 

“Hyundai” markalı minik maşınının sürücüsü, 57 yaşlı Nəcəfov Çingiz İdris oğlu Qazax istiqamətində hərəkətdə olarkən maşının idarəetməsini itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü Ç. Nəcəfov  hadisə zamanı aldığı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

 

Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirilər. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar