Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 45 metr olan işıq dirəyinə çıxıb. Lent.az-ın FHN-nin saytına istinaddən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər vətəndaşla pisixoloji söhbətlər apararaq, intihara cəhdin qarşısını alıblar. Vətəndaş adiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:57-də başa çatıb.