Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sığırlı kənd sakini 2008-ci il təvəllüdlü Səfərova Rəvanə Ramil qızı dərsdən evə gedərkən sürətlə hərəkət edən maşın onu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlını elə onu vuran avtomobilin sürücüsü xəstəxanaya çatdırıb. Kürdəmir Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qızın vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, avtomobilin vurduğu 6 yaşlı qız 1-ci sinfdə oxuyur.
Faktla bağlı araşdırma aparılır