İyulun 28-də Yevlax rayonunun Aşağı Qarxun kəndində Kür çayı sahilindəki gəmidə yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon mərkəzindən 11 km aralıda, Kür çayının sahilində yerləşən və Ağdaş rayon "PİRƏZƏ" Suvarma Sistemləri idarəsinə məxsus nasos gəmisinin göyərtəsində ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və altında yerləşən 2 ədəd su nasosunun sarğıları yanıb. Gəmi yanğından mühafizə olunub.
Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.