FHN-nin əməkdaşları Kür çayında batan şəxsi xilas ediblər.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Şirvan şəhərində 1 nəfər Kür çayında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.