Gömrükçülər təkərlərdə gizlədilən siqaretləri aşkar etdilər
09 iyun 2016 14:54 (UTC +04:00)

Gömrükçülər təkərlərdə gizlədilən siqaretləri aşkar etdilər

0

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin  qarşısını alıb. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, idarəyə daxil olan əməliyyat məlumatına əsasən “Samur” gömrük  postuna Rusiya Federasiyası istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 18400 ədəd siqaret aşkar olunub.

 

Kinoloji itin tətbiqi ilə baxış keçirilən nəqliyyat vasitəsindən isə 8400 ədəd siqaret aşkar edilib.

 

Daxil olan digər bir əməliyyat məlumatı əsasında “Samur” gömrük postunun qarşısında dayanan nəqliyyat vasitəsində yoxlama aparılıb və məlumat təsdiqini tapıb.  Avtomobildən 9400 ədəd siqaret aşkar edilib.

 

Xaçmaz şəhərində həyata keçirilən əməliyyat nəticəsində isə Azərbaycan Respublikası vətəndaşından 32 200 ədəd siqaret aşkar edilərək götürülüb.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar