Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, hadisə zamanı bir azyaşlı uşaq ölüb, üç nəfər isə yaralanıb.
Sürət həddini aşan “VAZ 21 011” markalı avtomobil idarəetməni itirərək aşıb.
Avtomobildə olanların hamısının rayonun Sarıcalı kənd sakinləri olduğu bildirilir.
Sürücü də daxil olmaqla yaralanan daha iki nəfər sərnişin xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Ölən və yaralanan şəxslərin kimliyi hələ ki, dəqiqləşdirilməyib.