Cəlilabad rayonunda taxıl sahələri yanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 18-də saat 15 radələrində Cəlilabad rayonunun Musalı kəndində kənd sakini Seymur Tanrıverdiyev idarə etdiyi kombaynla taxıl sahəsini bıçərkən kombaynın mühərrik hissəsində yanğın baş verib. Sonradan yanğın Suluçeşmə, Əliabad və Mollalı kəndlərindəki 10 hektar biçilmiş və 10 hektar biçilməmiş taxıl sahəsini əhatə edib.
Yanğın söndürülüb, tüstüdən zəhərlənmiş S.Tanrıverdiyevin qardaşı Oqtaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.