Kəmaləddin Heydərov Ucarda vətəndaşları qəbul edib
08 iyul 2016 15:24 (UTC +04:00)

Kəmaləddin Heydərov Ucarda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ucar şəhərində Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

 

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 56, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar