Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək
24 dekabr 2014 10:55 (UTC +04:00)

Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək

0
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 26-da Şamaxı şəhərində Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, qəbulda Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Şamaxı yolunun 119-cu kilometri) 25 dekabr 2014-cü il tarixində saat 09:00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar