Kəmaləddin Heydərov Saatlıda qəbul keçirəcək
25 may 2016 16:29 (UTC +04:00)

Kəmaləddin Heydərov Saatlıda qəbul keçirəcək

0

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlı şəhərində vətəndaşları qəbul edəcək. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, qəbul 27 may 2016-cı il tarixində Saatlı şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 16.00-da keçiriləcək.

 

Qəbulda yalnız Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Saatlı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 26 may 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Əlaqə:

 

tel: +994 (12) 512-01-14

 

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar