Kəmaləddin Heydərov hadisə yerinə gəldi
08 sentyabr 2014 13:36 (UTC +04:00)

Kəmaləddin Heydərov hadisə yerinə gəldi

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xırdalanda partlayış baş verən əraziyə gəlib.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, nazirə son vəziyyətlə bağlı məlumat verilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

 

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4361
avatar

Oxşar yazılar